Dünya

Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

Bolqarıstan prokurorları iki rus diplomatı casusluqda şübhəli bilib.

Qaynarinfo “Bloomberg”ə istinadla xəbər verir ki, prokurorluq istintaqın nəticələri barədə Bolqarıstan Xarici İşlər Nazirliyinə məlumat ötürüb.

İstintaqa görə, onlardan biri 2017-ci ildən bu yana Bolqarıstanda keçirilən seçkilərlə bağlı məlumatlar toplayıb. O, Bolqarıstan Xarici İşlər Nazirliyində səfirliyin konsulluq şöbəsinin birinci katibi kimi akkreditə olunub. Rusiyanın ticarət nümayəndəliyində çalışan ikincisi, 2018-ci ildən bəri dövlət və ya xidməti sirr olan ölkə iqtisadiyyatının enerji sektoru haqqında məlumat toplayıb. O, topladığı məlumatları Moskvaya ötürüb. Məlumat topladığı vaxt o, belə məlumatlara sahib olan Bolqarıstan vətəndaşları ilə əlaqə saxlayıb.

Bolqarıstan məhkəmə sistemindən bildirilib ki, diplomatik toxunulmazlığa sahib olduqları üçün onlar ittiham edilə bilməzlər. Onlara qarşı məhkəmə istintaqı aparılır.

Yanvarın 23-də “Bloomberg” Bolqarıstanda yaşayan üç rusyalı biznesmen Emiliyan Qebrevi, oğlunu və kompanisanını əməkdaşını zəhərləməyə cəhddə ittiham edildiyini bildirib. Rəsmi Sofiya bu müttəhimlər üçün Avropa həbs qərarı verilməsinə nail olub, onları İnterpol və Şengen İnformasiya Sistemi vasitəsi ilə axtarış siyahısına salıb.

2019-cu ilin fevral ayında məlum olub ki, Bolqarıstan Qebrevin zəhərlənməsi ilə Salisburidə Skripalın zəhərlənməsi arasında mümkün əlaqəni araşdırır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button