Hadisə

Sumqayıtda binanın zirzəmisi qanunsuz olaraq zəbt edildi – VİDEO

Sumqayıtda yaşayış binasının zirzəmisini obyektə çevirmək istəyiblər. Səs eşidən sakinlər əvvəlcə elə zənn ediblər ki, hansısa bir evdə təmir işləri gedir. Lakin sonradan başa düşüblər ki, binanın zirsəmisi qazılır, divarlar deşilir. Yaşadıqları binanın qəzalı vəziyyətə düşəcəyindən narahat olan sakinlər dərhal qazıntı işlərini dayandırıblar.

Çoxmərtəbəli yaşayış binasının bünövrəsinə müdaxilə olunub. Bina sakinlərinin sözlərinə görə, Vüsal Məmmədov adlı vətəndaş qanunsuz olaraq zirzəmidə özü üçün obyekt düzəltməyə qərar verib. Təqribən yaşayış binasının 240 kv metr zirzəmi ərazisində qazıntı və söküntü işləri görüb. Söküntü işlərini əsasən gecə saatlarında həyata keçirdiyindən bina sakinləri bundan gec xəbər tutub.

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, yaşayış binasının zirzəmisində hər hansı bir obyektin salınmasından söhbət belə gedə bilməz.

İcra hakimiyyətindən o da qeyd edilib ki, vətəndaşların narazılığına səbəb məsələlər aradan qaldırılacaq.

Bənzər yazılar

Back to top button