Dünya

ABŞ səfiri Çin XİN-ə çağırılıb

Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bu ölkənin Pekindəki səfiri Nikolas Börnsü çağıraraq sözügedən səfərə etiraz edib.

Yeniavaz.com xarici mediaya istinadən xəbər verir ki, Çin xarici işlər nazirinin müavini Şi Fenq amerikalı səfiri çağıraraq “Tək Çin” prinsipini və iki ölkə arasındakı əlaqələrdə əsas sənəd olan “Üç ortaq bildiriş”in məzmununu onun diqqətinə çatdırıb.

Pelosinin Tayvana səfərinin ABŞ və Çin arasında olan siyasi əlaqələrə ciddi zərər vurduğu və bunun səbəbinin ABŞ tərəfi olduğu qeyd edilib.

“Tayvan Çinin Tayvanıdır. Gec-tez əvvəlki kimi yenidən əsas Çinin bir parçası olacaq. Çin xalqı təyziqdən və pisliklərdən qorxmur”, – deyə Fenq bildirib.

Qeyd edək ki, Çin ordusu Pelosinin Tayvana etdiyi səfərlə paralel vaxtda Tayvan adası yaxınlığında hərbi təlimlərə başlayıb.

Bənzər yazılar

Back to top button