İdman

“Barselona”nın hücumçusu yekun qərarını verdi

“Barselona”nın hücumçusu Martin Breytueyt müqaviləsinin müddəti başa çatana qədər Kataloniya klubunda qalmaq istəyir.

Fanat.az “Sport.es”ə istinadən xəbər verir ki, Xavinin baş məşqçi postuna gəlişindən sonra cəmi 22 dəqiqə meydanda olan Martin kluba güzəşt etmək niyyətindən uzaqdır.

Xəbərə görə, İspaniya nəhəngi ilə olan müqaviləsi 2 ildən sonra başa çatacaq danimarkalı forvard anlaşmasının müddəti bitənə qədər əməkhaqqı almaqda maraqlıdır. Xavi ilə görüşən və planlarını 42 yaşlı mütəxəssisə açıqlayan Breytueytin aldığı təklifləri geri çevirdiyi vurğulanıb.

Qeyd edək ki, Breytueyt 2020-ci ilin fevralından “Barselona”nın futbolçusudur. O vaxtdan bəri kataloniyalıların forması ilə ümumilikdə 57 matça çıxan ön xətt oyunçusu 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button