DünyaManşet

ABŞ Alina Kabayevaya və bir sıra oliqarx və dövlət məmuruna qarşı sanksiyalar tətbiq edib

Çərşənbə axşamı ABŞ Rusiyaya qarşı, o cümlədən MMK metallurgiya şirkətinə, habelə Putinin sevgilisi olduğu təxmin edilən Alina Kabayevaya qarşı yeni sanksiyalar paketi tətbiq edib, xəbəri Turan-ın müxbiri verib.

Maliyyə Nazirliyi bildirib ki, 39 yaşlı Kabayeva Kremlin Ukraynaya hücumunu təşviq edən Rusiya milli media şirkətinin rəhbəridir.

Böyük Britaniya mayda Kabayevaya qarşı sanksiyalar tətbiq edib, Avropa İttifaqı isə iyunda onun səfərlərinə və aktivlərinə məhdudiyyətlər tətbiq edib.

Apreldə Vaşinqton Putinin yetkinlik yaşına çatmış qızları Katerina Tixonovaya və Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq edib.

Sonuncu addım Kabayevanın ABŞ-da istənilən aktivlərə çıxışını və ya amerikalılarla əməliyyatlar həyata keçirməsini də əngəlləyir, habelə onu ABŞ-a səfər vizasından məhrum edir.

Sanksiyalara məruz qalan digər şəxslər arasında Putinin yaxın adamı, Londonda Bukinhem sarayından sonra ikinci böyük obyektin – 25 yataq otağı olan villanın – Uitanherstin sahibi Andrey Quryev də var.

ABŞ-ın Maliyyə Nazirliyi Quryevin 2014-cü ildə 120 milyon dollara aldığı Alfa Nero yaxtasına sanksiyalar tətbiq edib.

Dövlət Departamenti öz növbəsində onlarla Rusiya şirkətinə və Putinə yaxın şəxslərə və Rusiya hərbiçiləri ilə əlaqəsi olan texnoloji institutlara qarşı yeni əlavə sanksiyaları elan edib.

Onlar arasında bir neçə milyarder: Rusiya polad istehsalı şirkətinin rəhbəri Dmitri Pumpyanski, gübrə və kömür istehsal edən şirkətlərin qurucusu Andrey Melniçenko, Vladimir Putinin dənizkənarı sarayını tikən biznesmen Aleksandr Ponomarenko da var.

Yeni tədbirlər Rusiyanın iyirmi ən mühüm müdafiə elmi-araşdırma institutuna, yarımkeçirici istehsalçılarına və qabaqcıl hesablama texnikası və elektronika ilə məşğul olan müəssəsilərinə də şamil olunur. Onlar arasında Rusiya Silahlı Qüvvələri üçün PUA və digər qurğular istehsal edən Moskva Fizika-Texniki İnstitutu da var.

Amerikanın yeni siyahısına “Dövlət nəqliyyat lizinq şirkəti” Səhmdar Cəmiyyəti – Rusiyanın ən böyük nəqliyyat şirkəti və onun dörd müəssisəsi də daxildir.

Bundan başqa, Dövlət Departamenti Ukraynaya qarşı düşmən hərəkətlərinə görə Rusiyanın 893 dövlət məmuruna qarşı, habelə Rusiyanın təcavüzünü dəstəkləyən 31 hökumət məmuruna qarşı viza məhdudiyyətləri tətbiq edəcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button