GündəmHadisə

Ermənilərin bugünkü qarşıdurmadakı itkiləri – Açıqlandı

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Yeniavaz.com xəbər verir ki, erməni mənbələrində bugünkü qarşıdurmada Qarabağdakı separatçı qüvvələrin verdiyi itkilər açıqlanıb.

Bildirilib ki, 1 erməni həlak olub. Biri ölümcül olmaqla 8 hərbçi isə yaralanıb.

Bənzər yazılar

Back to top button