Cəmiyyət

“Instagram”dan yeni istifadəçilərə tələb

“Instagram” yeni qaydaların tətbiqinə başlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən sosial şəbəkədə qeydiyyatdan keçmək istəyən hər kəsdən yaşını qeyd etmək tələb olunacaq. Yeni qaydalara əsasən, yalnız 13 yaşdan yuxarı istifadəçilər hesab aça biləcəklər.

Bu məlumatlar sosial şəbəkədən istifadə edənin təhlükəsizliyini qorumaq və tətbiqetmənin işini onun yaşına uyğun təmin etmək məqsədilə qeydə alınacaq.

Qeyd edək ki, istifadəçinin yaş haqqında məlumatı digər istifadəçilər tərəfindən görülməyəcək.

Bənzər yazılar

Back to top button