Dünya

Keçmiş CIA agentindən 11 sentyabr etirafı: Bill Klinton mane oldu

ABŞ-da 3 mindən çoxn insanın ölümünə səbəb olan 11 sentyabr hadisəsindən 18 il keçməsinə baxmayaraq, təsirləri hələ də davam edir.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı “The Longest War” adlı sənədli film hazırlanıb. Filmdə danışan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İslamabad üzrə keçmiş nümayəndəsi Bob Qrenier iddia irəli sürüb. O, Əl-Qaidənin sabiq lideri Usamə bin Ladenin 11 sentyabr hadisələrindən öncə öldürülə biləcəyini, lakin o dövrkü ABŞ prezidenti Bill Klintonun imzaladığı qanun səbəbindən bunu edə bilmədiklərini etiraf edib.

“Bill Klintonun imzaladığı qanuna görə, bin Ladenə qarşı ölümcül əməliyyatlar həyata keçirə bilərdik, lakin əməliyyatların məqsədi əsla onu öldürmək ola bilməzdi. ABŞ-a qarşı təhdidlərin qarşısını bir əlimiz arxamızda almaq istənildi”, – deyə o, bildirib.

Qarnier 1998-ci ilin 20 dekabrında Bin Landeni öldürmək üçün əllərinə yaxşı fürsət düşdüyünü bildirib.

“Həmin vaxt Əl Qaidə liderinin Əfqanıstanın Qəndahar əyalətində olduğuna dair informasiya aldıq. Əyalət çıxışındakı yola partlayıcı quraşdıraraq, Bin Ladenin keçdiyi ərəfədə partladılması planlaşdırılmışdı. Lakin bunun qətiyyən mümkün olmadığı və bunu edəcəyimiz təqdirdə həbs cəzası alacağımız söylənildi”.

Digər bir tərəfdən 11 sentyabr hücumundan bir neçə saat əvvəl Bill Klintonun Bin Ladeni öldürə biləcəyi, lakin bunu mülki əhalinin zərər görməməsi səbəbindən etmədiyi ifadə edilib. Klintona aid səs yazısında belə deyilir:

“Usamə bin Ladin haqqında çox düşündüm. Onu bir dəfə az qalsın ələ keçirmişdim. Öldürə bilərdim, ancaq bunun üçün Əfqanıstanın Qəndahar adlı kiçik bölgəsini yox etməli və 300 günahsız qadın və uşağı öldürməliydim. Bunu etsəydim ondan daha yaxşı biri olmazdım. Bu səbəbdən etmədim”.

Qeyd edək ki, 2011-ci ilin 11 sentyabrında ABŞ-ın əkiz qüllələrinə terror hücumu olub. United Airlines aviasiya şirkətinə aid qaçırılan 4 sərnişin təyyarəsindən birincisi şimal qülləsinə çırpılıb, bundan 17 dəqiqə sonra isə digər bir təyyarə cənub qülləsinə dəyib. Milyonlarla insanın canlı yayımda izlədiyi hadisənin ardınca əkiz qüllələr yerlə yeksan olub. Bundan sonra qaçırılan digər bir təyyarə Pentaqon binasına çırpılır, digəri isə Pensilvaniya ştatı yaxınlığında F-16-larla vurulur. Terakt zamanı 19 terrorçudan əlavə 2977 nəfər həyatını itirib. Hücumun məsuliyyətini Əl Qaidə terror təşkilatına üzərinə götürüb.

Bənzər yazılar

Back to top button