İdman

“Çelsi”nin yeni sahibi Aspilikuetanın transferinə mane oldu

Müdafiəçi Sezar Aspilikueta “Barselona”nın onu transfer etmək üçün bütün səylərinə baxmayaraq, hazırkı transfer pəncərəsində “Çelsi”də qalacaq.

Fanat.az Britaniyanın “The Times” nəşrinə istinadən xəbər verir ki, “zadəganlar”ın yeni sahibi Todd Boeli İspaniya millisinin futbolçusunun transferinə mane olub.

32 yaşlı müdafiəçinin hazırkı müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir. “Trasnfermarkt” oyunçunun dəyərini 9 milyon avro olaraq göstərib.

Aspilikueta ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bənzər yazılar

Back to top button