GündəmManşetSiyasət

Avqustun 3-də gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri təkcə Laçın dəhlizinə nəzarəti möhkəmləndirməyib

Sarıbaba və Qırxqız yüksəkliklərinin götürülməsi Azərbaycan Silahlı Qüvvələrinə Laçın dəhlizi üzərində nəzarəti əhəmiyyətli dərəcədə möhkəmləndirməyə imkan verib, Qarabağda dünənki döyüşlərin təfərrüatlarından xəbərdar olan hərbi ekspertlər belə deyirlər.

Hazırda Laçından Şuşaya qədər demək olar ki, bütün yol vizual və atəş nəzarəti altındadır. Nəzərə alsaq ki, yol çox dolamadır, üstün yüksəklikləri tutmaq prinsipial əhəmiyyət kəsb edir, Azərbaycan Silahlı Qüvvələrində keçmiş yüksək rütbəli zabit Turan-a müsahibəsində deyib. “Hələ 1990-cı illərdə biz bu yüksəkliklər uğrunda ermənilərlə inadla döyüşlər aparmışıq, bu yüksəkliklər üzərində nəzarət dəyişkən idi”, – o qeyd edib.

“Bu, sadəcə, yüksəklik deyil, iki istiqamətdə dağ silsiləsidir. Onlara nəzarət Laçın yolu da daxil olmaqla, Şuşanın xeyli hissəsinə, eləcə də bütün şimala – Xankəndinə qədər nəzarət etməyə imkan verir”, – zabit qeyd edib.

Bənzər yazılar

Back to top button