Dünya

“Böyük yeddilik”: Rusiya enerji resurslarının etibarlı təchizatçısı deyil

Çərşənbə günü “Böyük yeddiliyin” (G7) xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi Rusiyanın enerji ixracını silaha çevirmək və ondan geosiyasi məcburiyyət vasitəsi kimi istifadə etmək səylərini pisləyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Bu səbəbdən Rusiya etibarlı enerji təchizatçısı deyil”, – G7 xarici işlər nazirləri – Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ və Avropa İttifaqının ali nümayəndəsinin adından adından Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

“Biz enerji təchizatındakı fasilələrin bütün dünyada və bizim ölkələrimizdə iqtisadiyyatlar, vətəndaşlar üçün, əsasən həssas qrupları qorumaq üçün nəticələrini yumşaltmaqdan ötrü həmrəylik və sıx koordinasiya şəraitində hərəkət edəcəyik”, – bəyanatda deyilir.

“Böyük yedildik” Rusiyanın sərhədləri güc yolu ilə yenidən cızmaq üzrə davam edən cəhdlərini pisləyir və tanımır: “Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması, xüsusən də Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin ciddi şəkildə pozulmasıdır və beynəlxalq sistemə ciddi zərbə vurur”.

Müəlliflər həmçinin Rusiyadan bütün hərbi əməliyyatları dərhal və qeyd-şərtsiz dayandırmağı və öz qoşunlarını beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukrayna ərazisindən çıxarmağı tələb edirlər.

“Biz çalışırıq ki, Rusiya enerji istehsalçısı kimi mövqeyindən zəif ölkələrin hesabına öz aqressiyasından mənfəət əldə etmək üçün istifadə etməsin”, – xarici işlər nazirləri bildiriblər.

“Biz 1,5°C istiləşmə həddinə uyğun olaraq 2050-ci ilədək təmiz enerjiyə ambisioz və sürətləndirilmiş qlobal keçidi dəstəklədiyimizi bir daha bəyan edirik”, – bəyanatda bildirilir.

Bənzər yazılar

Back to top button