Siyasət

Paşinyandan Qarabağda baş verənlərlə bağlı – Açıqlama

“Mən rəsmi şəkildə bəyan edirəm ki, Qarabağda Ermənistan Respublikasının hərbçiləri yoxdur”.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

“Biz gözləyirik ki, Azərbaycanın təmas xəttindən kənar hücumu sülhməramlılar tərəfindən dayandırılacaq, Azərbaycan Silahlı Qüvvələri təmas xəttinin daxilindən çıxarılacaq. Əgər Rusiya sülhməramlı kontingenti və Azərbaycan təmas xəttinin toxunulmazlığına zəmanət versələr, məncə, “Müdafiə Ordusu”nun döyüş hazırlığına ehtiyacı olmayacaq. Qarabağda vəziyyət mürəkkəbdir, Rusiya sülhməramlılarının missiyasını dəqiqləşdirmək lazımdır. Biz bu gün də Azərbaycana Ermənistan ərazisindən Naxçıvana tranzit imkanı verməyə hazırıq”, – Nikol Paşinyan bildirib.

Bənzər yazılar

Back to top button