İdman

Dibala “Roma”dan ayrılır? – Mourinyu ikibaşlı cavab verdi

“Roma”nın baş məşqçisi Joze Mourinyu hücumçu Paulo Dibalanın gələcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, “LaRoma24″ portuqaliyalı mütəxəssisin dediklərini belə çatdırıb:

“Mən onun müqaviləsi barədə heç nə bilmirəm. Aydındır ki, mən Pauloya komandanın bütün digər oyunçuları ilə eyni şəkildə danışıram”.

Qeyd edək ki, 29 yaşlı argentinalı ulduz futbolçu Səudiyyə Ərəbistanı klublarından cəlbedici təkliflər alıb. Baxmayaraq ki, o, “Roma”da xoşbəxt olduğunu deyib.

Dibala ötən mövsüm “Roma”nın heyətində 38 oyunda 18 qol vurub, 8 məhsuldar ötürmə edib.
Onun müqaviləsindəki sərbəst qalma bəndi 12 milyon avrodur. Forvardın “Roma”da illik maaşı 6 milyon avrodur.

Bənzər yazılar

Back to top button