DünyaSağlamlıq

Cənubi Koreya koronavirusun ikinci dalğasının başladığını elan etdi

Cənubi Koreyadakı COVID-19 koronavirusunun ikinci dalğası artıq başlayıb.

Qaynarinfo xəbər verir ki, bu sözləri Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin təşkilat rəhbəri Çon In Gen deyib. Onun sözlərinə görə, ikinci dalğanın payızda və ya qışda müşahidə ediləcəyi güman edilsə də, indi mütəxəssislər bunun mayda Seulda qeydə alınan hadisələrdən başladığını düşünürlər.

Fevral ayının sonunda Cənubi Koreya Çindən sonra koronavirusun yayıldığı ilk ölkələrdən biri olub, lakin mart ayında gündəlik artım azalmağa başlayıb və indi qeyd olunan 12,438 hadisənin ümumi sayında ölkə dünya üzrə 60-cı yerdədir.

Bənzər yazılar

Back to top button