ManşetSiyasət

Natiq Cəfərli: “Təxribatlara uymamalıyıq…”

“Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır”.

Bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, bu mənfur cinayətin bir neçə məqsədi var:

1) Azərbaycan ilə Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış ola bilər,

2) Nəzərlər həmin qonşu İranın üzərinə düşür, bu isə əsl səbəbkarların da niyyəti ola bilər ki, iki ölkə arasında onsuz da hamar olmayan münasibətlər daha da korlansın,

3) Hadisənin arxasında İran ola bilər, amma çox qəliz sxem quraraq başqalarının əli ilə edib izi itirəməyə çalışa da bilər, bu isə daha böyük təhlükələrdən xəbər verir,

4) Bu hadisəni edənlər ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər, diqqətli və soyuqqanlı olmalıyıq, dini və etnik məsələlər çox həssasdır, “tezalışandır”, provokasiyalara getməməliyik,

5) Bu hadisə Cənublu qardaşlarımızın nəbzini yoxlamaq üçün də təşkil edilə, daha qlobal gedişatın bir parçası da ola bilər.

Bu hadisə, Qarabağda baş verənlər, bölgəmizdə davam edən Rusiyanın Ukraynaya təcavüzü, dünyanın çivisinin tam çıxması Türkiyə ilə hərbi-siyasi ittifaqımızı daha üst səviyyəyə çıxarmağı labüd edir. Ölkəmizdə hüquqi olaraq Türkiyə ilə birgə Hərbi Tədris Mərkəzlərinin – faktiki olaraq isə hərbi bazaların yaradılması məmləkətimizin sığortası ola bilər…

Bənzər yazılar

Back to top button