Hadisə

Kəmaləddin Heydərov jurnalistlərə irad bildirdi: “Maska taxmamısınız”

Bu gecə Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarındakı yanğın baş vermiş əraziyə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov gəlib…

Nazir jurnalistlərə yanğının təfərrüatları barədə açıqlama verib.

O həmçinin açıqlama zamanı maska taxmayan jurnalistlərə irad bildirib:

“Hadisə yerində hamınız maskasızsınız. Halbuki, siz bu pandemiya dövründə təhlükəsizlik tədbirlərinə əməl etməyi təbliğ etməli olan şəxslərsiniz. Zəhmət olmasa, özünüzün və digərlərinin təhlükəsizliyi üçün maska taxıb, jurnalist fəaliyyətinizə davam edin”.(konkret.az)

Bənzər yazılar

Back to top button