GündəmManşetSiyasət

“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi – Rusiya MN-nin məlumatını verməkdən imtina edərək

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

Bununla bağlı istefa verən 4 redaktor sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq “Sputnik”də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.(azpolitika.info)

Bənzər yazılar

Back to top button