Siyasət

Paşinyanın sülhməramlılarla bağlı fikrinə – Lavrovdan cavab

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirib.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, Lavrov bununla bağlı Kambocada baş tutan ASEAN zirvəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Biz Ermənistan Baş naziri Nikol Paşinyanın sülhməramlı kontingentin Qarabağdakı fəaliyyəti ilə bağlı konkret təkliflərini görməmişik”, – deyə Lavrov qeyd edib.

O, Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi üçtərəfli razılaşma ilə bağlı istənilən tərəfin əlavə təklif vermək hüququnun olduğunu da əlavə edib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında qeyd edib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur.

Bənzər yazılar

Back to top button