Cəmiyyətİqtisadiyyat

BNA-dan 29 nömrəli marşrutla bağlı açıqlama (FOTOLAR)

Bakı Nəqliyyat Agentliyi (BNA) bəzi xəbər saytlarında 29 nömrəli müntəzəm marşrut üzrə istismar olunan avtobuslarda antisanitar vəziyyətlə bağlı yayılmış məlumata münasibət bildirib.

Avtoafer.az saytına daxil olan açıqlamada bildirilib ki, bu il martin 17-də saat 23:30 radələrində Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən 29 nömrəli marşrutun müvəqqəti istismarçısı “Menloqq” MMC-nin balansında olan avtobuslara (istehsalat bazasında) baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitələrinin mütəmadi dezinfeksiya olunduğu və hər gün iş saatı bitdikdən sonra istehsalat bazasına gətirilərək xarici və daxili yuyulub təmizlənilməsi müəyyən edilib:

“Sözügedən 29 saylı marşrut haqqında paylaşılan informasiya ilə bağlı qeyd edirik ki, marşrut avtobusları gün ərzində (səhər saat 05:50-dən axşam saat 23:00-a qədər) vətəndaşlara sərnişindaşıma xidməti göstərir. Marşrutdan mütəmadi istifadə edən sərnişinlərin hərəkətliliyi (minib-düşməsi) avtobusların daxilinin tozlanmasına və çirklənməsinə səbəb olur. Buna baxmayaraq, mövcud vəziyyətin ciddiliyi nəzərə alınaraq, tərəfimizdən son dayanacaq məntəqələrində avtobusların daxilinin təmizlənməsi (tutcaqların da silinməsi) istiqamətində müvafiq işlərin görülməsi daşıyıcıya tapşırılıb”.

Bənzər yazılar

Back to top button