İdman

Mane “Bayern”də ən çox qazanan futbolçudur – MƏBLƏĞ

Bu yay “Liverpul”dan “Bayern münhen”ə transfer olunan Sadio Mane Almaniya nəhənginin ən ödənişli futbolçusudur.

Fanat.az “Bild”ə istinadən xəbər verir ki, seneqallı hücumçu “Bayern”də illik 22 milyon avro maaş alacaq.

Qapıçı Manuel Noyer 21 milyon avro əməkhaqqı ilə ikincidirsə, hücumçu Tomas Müller (20,5 milyon avro) üçüncüdür.

Mənbə bu komanadada çıxış edən bir sıra futbolçuların nə qədər qazandığını açıqlayıb:

Leroy Zane – 20 milyon avro
Kinqsli Koman – 20
Serj Qnabri – 19
Matteys de Liqt – 16

Bənzər yazılar

Back to top button