GündəmSiyasət

Separatçılar Putinə sülhməramlılardan şikayətləniblər və ondan “dəqiq addımlar” tələb ediblər

Qarabağdakı separatçı rejimin rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə müraciət edib, Ermənistan teleqram-kanalları bildiriblər.

Qondarma “Antiböhran Şurası”nın sədri Tiqran Petrosyanın yaydığı müraciətdə qeyd olunur ki, “erməni əhalinin mütləq əksəriyyəti” nə Ermənistan liderinə, nə də Arsax liderinə inanıb, onlar ermənilərin bölgədə “təhlükəsiz və ləyaqətlə” yaşayacağı barədə Rusiya prezidenti Putinin sözlərinə inanıblar.

“Bu gün biz yaşamırıq, sadəcə, sağ qalırıq, susmağımız gündən-günə “ölkə”nin və “xalq”ın vəziyyətini çətinləşdirir, bizə təhlükəsizlik, ləyaqət və sərbəst hərəkət azadlığı vəd edənlər isə vertolyotla özlərinə yemək aparırlar (rusiyalı sülhməramlılar nəzərdə tutulur), bizi bu vəziyyətdə qoyurlar. “Hökumət” Putinə” məktub göndərib. Orada “ölkə”nin və “xalq”ın ağır vəziyyətindən danışılır. Düşünürəm ki, əgər sabah biz Rusiya tərəfindən dəqiq addımlar görməsək, sükut ölümə bərabər olacaq. Sabah da səbr edəcəyik, amma sonra övladlarımız üçün, ləyaqətimiz üçün vulkan kimi partlamalıyıq”,- Petrosyan yazıb.(Turan)

Bənzər yazılar

Back to top button