ManşetSiyasət

QMİ: Londondakı səfirliyə hücum din təəssübkeşliyi bəhanəsi ilə təxribatdır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) avqustun 4-də dini radikalların Azərbaycanın Britaniyadakı səfirliyinə hücumunu pisləyən bəyanat yayıb.

“QMİ təcavüzü qətiyyətlə pisləyir, bunu öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı kimi qiymətləndirir”.

Binaya hücum edənlərin Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması “dindən sui-istifadə” kimi dəyərləndirlir.

Məülliflər Azərbaycanda dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyünü vurğulayırlar. Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer yoxdur.

“Azərbaycan bayrağına siyasi sifarişlə, din, məzhəb təəssübkeşliyi bəhanəsi ilə həqarət olunması yolverilməz təxribatdır və ümidvarıq ki, Böyük Britaniya hökuməti hadisə ilə bağlı lazımi ölçü götürəcəkdir”, deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bu günlərdə QMİ sədri Allahşükür Paşazadə Londona səfər etmiş, din və etiqad azadlığına həsr olunmuş beynəlxalq konfransda çıxış etmişdi.

Bənzər yazılar

Back to top button