GündəmManşetSiyasət

Ermənilər avqustun 25-dək Laçın şəhərini və iki kəndi azad etməyə hazırlaşır

Laçın və Zabux kəndini ermənilər avqustun 25-dək tərk etməlidirlər. Azərbaycan hakimiyyətinin bu ultimatumunu ermənilərə bir gün əvvəl Rusiya sülhməramlılarının komandanı general Volkov çatdırıb. Görüş iştirakçılarının sözlərinə görə, general Bakının ikinci tələbinidə – Qarabağın tərksilah edilməsinidə çatdırıb. Avqustun 5-də ermənilərin Ahavno adlandırdıqları Zabux kəndinin sakinləri ilə görüşdə də bu tələb təkrarlandı.

Erməni mətbuatının yazdığına görə, “Qarabağ höküməti” bu köçə görə hər ailəyə 100 dollar təzminat və ev almaq üçün 24 min dollarlıq arayış vəd edir.

İnsanlara əşyalarını daşımaları üçün yük maşınları veriləcək və onlar evlərini salamat qoyub tərk etmələri barədə xəbərdarlıq edilib.

Laçın şəhəri çoxdan kimsəsiz qalıb. Bu, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra baş verdi. Hazırda şəhərdə 50-dən çox erməni qalmayıb.

Rayonun üçüncü yaşayış məntəqəsini – Sus kəndini, sakinlər bir müddət əvvəl tərk edib.

Zabux kəndində ən çox əhali var – 200 nəfər. Bu kənd də Laçın kimi 1992-ci ilin mayında ermənilər tərəfindən zəbt edilib. Son illərdə ermənilər bu yerlərə Suriyadan gələn erməniləri məskunlaşdırıb.(Turan)

Bənzər yazılar

Back to top button