Dünya

Britaniya Oman körfəzində gəmiyə silahlı hücum edildiyi bildirib

РБК: Oman sahillərində qara hərbi geyimli bir neçə silahlı şəxs icazəsiz olaraq gəmiyə daxil olub. Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşınmalarının Koordinasiya Mərkəzi (United Kingdom Maritime Trade Operations, UKMTO) məlumat yayıb.

“UKMTO Omanda, Sohardan 50 dəniz mili şərqində Qrinviçlə təxminən 03:30-da dörd-beş kənar silahlı şəxsin gəmiyə mindiyi barədə məlumat aldı (Moskva vaxtı ilə 06:30 – RBK), – deyə Mərkəzin açıqlamasında bildirilir.

Onun məlumatına görə, naməlum şəxslər qara hərbi geyimdə olub. UKMTO-da qeyd ediblər ki, hələlik gəmi ilə əlaqə yaratmaq mümkün olmayıb. UKMTO gəminin adını açıqlamayıb.

Bir qədər əvvəl naməlum şəxslər Yəmən sahillərində “Bolqarıstan Dəniz Donanması” şirkətinə məxsus və Malta bayrağı altında üzən, göyərtəsində 18 nəfərin olduğu “Ruen” yük gəmisini ələ keçiriblər.

Bolqarıstan Milli Televiziyasının məlumatına görə, hadisə Ərəbistan dənizindəki Sokotra adasından təxminən 380 dəniz mili (təxminən 700 km) aralıda baş verib.(Turan)

Bənzər yazılar

Back to top button