Bizim seçimGündəmHadisəManşet

Prezident: “Gəncədəki terror aktları dövlətçiliyimizə qarşı törədilən cinayətlərdir”

“Gəncədə törədilən qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilən cinayətlərdir. Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız da var. Onların arasında Gəncə şəhərinin icra hakimiyyətinin başçısı da var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirik”.

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Dövlət başçısı qeyd edib ki, bu cinayəti törədən terrorçu qruplaşma sabitliyi pozmaq istəyir: “Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədi ilə bu qanlı terror aktları törədilib.

Bu terror aktları dini şuarlar altında törədilib. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh və mərhəmət dinidir.

Azərbaycan dövləti və xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”.

Bənzər yazılar

Back to top button