GündəmManşetSiyasət

İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.

Yeniavaz.com xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz tvitter hesabında yazıb.

“Regiondakı son hadisələrlə bağlı mənim Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla ayrı-ayrılıqda telefon danışıqlarım olub.

Liderlərin Brüsseldə keçiriləcək növbəti görüşü ərəfəsində dialoqun davam etdirilməsi və gündəlikdəki bütün məsələlər üzrə konkret irəliləyişin əldə edilməsi əsas məsələdir.

Aİ öhdəliklərinə sadiq qalır”, – deyə Ş Mİşel bildirib.

Bənzər yazılar

Back to top button