İdman

Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı

Zinəddin Zidan “Çelsi”nin baş məşqçisi olmaq üçün şərtlərini açıqlayıb.

Fanat.Az “The Sun”a istinadən xəbər verir ki, fransalı mütəxəssis iki şərt irəli sürüb.

İddia olunur ki, 47 yaşlı baş məşqçi klub rəhbərliyindən minimum 220 milyon avroluq transfer büdcəsi və belçikalı ulduz Eden Hazardın komandada saxlanılmasını tələb edib.

Qeyd edək ki, “Çelsi”nin hazırkı çalışdırıcı Mauritsio Sarri rəhbərliyin etimadını itirib. Komandanın “Mançester Siti”yə 0:6 hesablı məğlubiyyəti “zadəganlar”ı yeni baş məşqçi axtarmağa məcbur edib. “Çelsi” rəhbərliyi bundan sonra Zidanla danışıqlara başlayıb.

Bənzər yazılar

Back to top button