Dünya

Ukraynada ruslara 50 illik qadağa qoyula bilər – Zelenski müraciətə baxacaq

Rusiya vətəndaşlarının növbəti 50 il ərzində Ukrayna ərazisinə girişinə qadağa qoyulması tələbi ilə elektron petisiya 25 min səs toplayıb. İndi Ukrayna prezidenti Vladimir Zelenski buna cavab verməyə borcludur.

Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, bu barədə mayın 23-də Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib .

Müraciət müəllifi Ukrayna tərəfində döyüşənlərdən başqa bütün rusların Ukrayna ərazisinə səfərinə qadağa qoyulmasını təklif edir.

“Təəssüf ki, bu 8 il ərzində hakimiyyət Rusiya ilə vizasız rejimə görə Ukraynanı bütün bu müddət ərzində Ukraynaya gələn təxribatçılardan, agentlərdən və spotterlərdən qoruya bilməyib. Biz bunun əvəzini minlərlə insanın həyatı ilə ödəmişik. İndi və gələcəkdə hər bir ukraynalının təhlükəsizliyi üçün biz növbəti 50 il ərzində bütün rusların Ukraynaya girişini tamamilə bağlamağı və Ukrayna tərəfində döyüşənlər istisna olmaqla, ruslara yaşamaq icazəsi verməməyi təklif edirik”, – petisiya müəllifi yazıb.
Prezidentə bu müraciəti 25 min 370 nəfər dəstəkləyib.

Qeyd edək ki, iyulun 1-dən Ukraynada ruslar üçün viza rejimi fəaliyyətə başlayıb fəaliyyətə başlayıb .

İndi Rusiya vətəndaşları Ukraynaya yalnız dəvətlə gələ bilərlər. Daxil olmaq üçün onlara ev sahibi ölkənin pasportu və pasport məlumatları lazımdır.

Bənzər yazılar

Back to top button