İdman

“Mançester Yunayted” Arnautoviçi alır? – Ten Haq cavablandırdı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Bolonya”nın hücumçusu Marko Arnautoviçlə maraqlandıqları barədə yayılan informasiyaları şərh edib.

Fanat.az xəbər verir ki, niderlandlı mütəxəssisin söylədiklərini “The Sun” belə çatdırıb:

“Arnautoviçi istəyirik? Adlara önəm verməməyə çalışıram. Bu yay bəlkə də 250 futbolçunun adı “Mançester Yunayted”lə yanaşı çəkilib…

Hazırda iki hücumçumuz var. Üçüncü isə Raşforddur. Onu da deyim ki, Raşford mövsümə hazırlıq zamanı özünü sol cinahda yaxşı tərəfdən göstərib”.

Qeyd edək ki, Arnautoviç daha öncə İngiltərədə “Stok Siti” və “Vest Hem”də çıxış edib. Avstriya millisinin forvardı son mövsüm “Bolonya” forması ilə A Seriyasında 33 oyun keçirib. Bu qarşılaşmalarda 14 qol vuran Marko bir məhsuldar ötürmə ilə də yadda qalıb.

Bənzər yazılar

Back to top button