Siyasət

Yunanıstan XİN başçısının müavini Bakıda energetika sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələlərini müzakirə edib

Martın 13-də XİN başçısı Ceyhun Bayramov Yunanıstanın xarici işlər nazirinin müavini Aleksandra Papadopulunu qəbul edib.

Azərbaycan XİN-in məlumatına görə, tərəflər ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq əlaqələrini, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi və regional məsələləri müzakirə ediblər.

Tərəflər siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd ediblər.

Tərəflər həmçinin iki ölkə arasında energetika sahəsində əməkdaşlığın əhəmiyyətini təsdiqləyərək, Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini diqqətə çatdırıblar. İki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Ceyhun Baramov qonağı bölgədə yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.

Bənzər yazılar

Back to top button