Siyasət

“Sizin uğurunuzu uğurumuz hesab edirik” – Ceyhun Bayramov

“Bu gün qardaş Türkiyənin beynəlxalq ədalətin təmin edilməsində gördüyü işlər bütün dünyaya nümunədir”.

AzToday.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

Son illər beynəlxalq normaların tətbiqində ciddi nöqsanların olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq hüquq təcrübəsi mövcud beynəlxalq sistemə inamı sarsıdıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“500 illik irsə malik Türkiyə diplomatiyası və sizin (Türk diplomatların-red) əldə etdiyiniz uğurlar ölkənizin beynəlxalq aktorluğunu günü-gündən artırıb. Dünyanın 5-ci ən böyük diplomatik şəbəkəsi Türkiyəni bu gün daha da güclü edib.

Türkiyə diplomatiyada innovasiyaların inkişafında lider ölkəyə çevrilib. Biz Türkiyənin diplomatiyada mərkəzi və lider ölkəyə çevrilməsini alqışlayır və sizin uğurunuzu uğurumuz hesab edirik”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Bənzər yazılar

Back to top button