Dünya

ABŞ Ukraynaya 1 milyard dollar dəyərində silah-sursat göndərir

ABŞ hakimiyyəti Ukrayna ordusuna yardımın növbəti mərhələsi barədə məlumat yayıb.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, yardım paketi 1 milyard dollar dəyərində qiymətləndirilir .Bura 155 mm-lik artilleriya üçün 75 min artilleriya mərmisi, minaatan və onlar üçün 20 min mərmi daxildir. Yardımda həmçinin NASAMS hava hücumundan müdafiə sistemi, 1000 “Javelin ATGM” və bir neçə yüz birdəfəlik istifadə edilə bilən AT4 tank əleyhinə qumbaraatanların təchizatını nəzərdə tutur. Paketə həmçinin MLRS HIMARS üçün sursat daxildir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button