Dünya

Türkiyə Ukraynada “Bayraktar” zavodu tikir – Rusiya vurmaqla hədələdi

“Hökumət bu yaxınlarda Ukraynada “Bayraktar” zavodunun tikintisinə dair Türkiyə ilə ikitərəfli sazişi təsdiqləyib və ratifikasiya üçün parlamentə göndərib”.

Yeniavaz.com xəbər verir ki, bunu “RBK Ukrayna”ya müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

Səfirin sözlərinə görə, şirkətin sahibi artıq Ukraynada torpaq sahəsi alıb, zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov isə səfirin bu açıqlamasına belə münasibət bildirib:

“Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı zavodu yaradılarsa, dərhal demilitarizasiyaya məruz qalacaq”.

Bənzər yazılar

Back to top button