Dünya

Belarus Qərb ölkələrinə xəbərdarlıq edib

Belarus ordusu qonşu Qərb ölkələrinin mümkün təxribatına cavab verməyə hazırlaşır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

Volfoviç Minskə qarşı təcavüz olacağı təqdirdə dağıntı və partlayışların da həmin ölkələrin ərazisində olacağını vurğulayıb.

Təhlükəsizlik Şurasının dövlət katibi qonşu ölkələrdə hərbi və hərbi texnikanın və silahların sayının artdığını, hərbi infrastrukturun modernləşdirildiyini, Belarus sərhədləri yaxınlığında hərbi aviasiya uçuşlarının tez-tez həyata keçirildiyini, həmçinin böyük vəsaitlərin ayrıldığını qeyd edib.

Volfoviçin sözlərinə görə, Belarus planlı döyüş hazırlığı tədbirləri həyata keçirir.

Bənzər yazılar

Back to top button