Dünya

Şimali Koreya lideri koronavirusa yoluxdu

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In koronavirusa yoluxub.

Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, bu barədə Şimali Koreya liderinin kiçik bacısı Kim Yo Çjon məlumat yayıb.

O, bu barədə Şimali Koreya lideri olan qardaşı ölkəsinin koronovirus infeksiyasına qalib gəldiyini bəyan edərkən açıqlama verib.

Qeyd edək ki, Şimali Koreyada koronovirus pandemiyası qeydə alınandan ölkədə ümumilikdə 4,77 milyon nəfər bu virusa yoluxub.

Onlardan 99,99 faizi sağalıb, 74 nəfər ölüb.

Bənzər yazılar

Back to top button