GündəmSiyasət

“Videogörüntülərin bugünki hadisə ilə heç bir əlaqəsi yoxdur” – MN

“Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bugün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünki hadisə ilə heç bir əlaqəsi yoxdur.

Bənzər yazılar

Back to top button