İdman

“Instagram” milyonerləri – Ronaldu, Messi və Neymar

Koronavirus pandemiyası dövründə idmançıların “Instagram”dan nə qədər qazandıqları məlum olub.

Fanat.Az “Daily Mail”ə istinadən xəbər verir ki, 12 mart – 14 may tarixləri aralığında üç atlet “Instagram”da bir milyon avrodan artıq qazanc əldə edib. Söhbət Kriştianu Ronaldu, Lionel Messi və Neymardan gedir.

Onların hər biri ikiaylıq periodda 4 reklam postu paylaşıb. 219 milyon izləyicisi olan Ronaldu bu sayədə 2,1 milyon, Lionel Messi (151 milyon izləyici) 1,45 milyon, Neymar (138 milyon izləyici) 1,33 milyon avro qazanıb. Bir reklam postu portuqaliyalıya orta hesabla 526 min, Leoya 363 min, braziliyalı ulduza isə 333 min avro gəlir gətirib.

“İlk onluq”da Şakil O’Nil (653 min avro), Deyvid Bekhem (453 min avro), Virat Kohli (424 min avro), Zlatan İbrahimoviç (206 min avro), Dueyn Ueyd (128 min avro), Dani Alves (120 min avro) və Entoni Coşua (109 min avro) kimi idmançılara da rast gəlmək mümkündü.

Bənzər yazılar

Back to top button