DünyaManşet

Rusiya Qərb şirkətlərini müharibəni maliyyələşdirməyə məcbur etmək istəyir – Aİ hərəkətə keçir

Avropa İttifaqı ölkələri şirkətlərinin Rusiyadan çıxmasına yardım etmək üçün hazırlıqlara başlayıblar. Səbəb isə Vladimir Putinin əlavə vergilər tətbiq etməklə müharibəni maliyyələşdirmək istəyidir.

EUobserver xəbər verir ki, Avropa şirkətlərinin Rusiyadan çıxışını təmin etmək məqsədilə nəzərdə tutulmuş maliyyə əməliyyatları və hüquqi xidmətlər üçün yeni xüsusi icazələr yeni sanksiyalar paketinə daxil edilib.

2022-ci ilin fevralın 24-dən indiyə Avropa İttifaqı Rusiyanın 1600-dən fiziki və hüquqi şəxslərinin aktivlərini dondurub. Sayca 11-ci sanksiyalar paketində bu siyahıya əlavə olaraq 100 civarında yeni adın daxil olacağı gözlənilir.

Həmçinin, yeni təkliflərdə Avropa İttifaqı ölkələrinə bəzi vacib “geri çəkilmə” əməliyyatlarında istifadə edilməsi şərti ilə müəyyən transaksiyaların həyata keçirilməsi nəzərdə tutulub. Yeri gəlmişkən, hazırda Avropanın hüquq firmalarının rusiyalı müştərilərə xidmətləri göstərməsi qadağandır. Lakin müştərək maraqlara uyğun olaraq, bu qadağanın təsir sahəsi də azaldıla bilər.

Təkliflərdə tərəfdaş dövlətlərin müvafiq qurumları cari ilin sonuna kimi “geri çəkilmə” işlərinin başa çatdırılması üçün notarius xidmətlərini gostərilməsi də nəzərdə tutulub.

ABŞ-ın Yale Universitetinin mayın 16-da açıqladığı məlumatda bildirlir ki, keçən il 1000-dən çox xarici şirkət Rusiyadan çıxıb. Lakin bir çox böyük Avropa şirkəti hələ də Rusiya bazarında mövcudluğunu qoruyur.

Bunlar arasında Avropanın ən böyük bankları (Deutsche Bank, ING Bank, Raiffeisen Bank International, UniCredit) və enerji şirkətləri(Engie, OMV və Total) var.

Armani, Benetton, Diesel və Lacoste kimi tanınmış geyim brendləri də bu siyahıya daxildir.

Bunlardan əlavə, Avstriya enerji içkisi istehsalçısı Red Bull, Danimarkanın tibbi avadanlıqlar istehsalçısı Coloplast, Niderlandın məşhur şirkəti Philips və alkoqollu içki istehsalçısı Heineken, Fransız otel şəbəkəsi Accor və kosmetik istehsalçısı Clarins, həmçinin Alman mühəndislik şirkəti Bosch hələ də Rusiyada bazarında fəaliyyət göstərir.

Son 12 ayda Rusiyada işləməyə davam edən şirkətlər ciddi reputasiya itirmək riski ilə üzləşib. Məsələn, Rusiyada əməliyyatların həcmi 2.2 milyard dollar artırmaqla mənfəətini 60 faiz yüksəldən “Raiffeisen Bank International”ın səhmlərinin dəyəri müharibədən sonra 40 faiz azalıb.

Bu arada, Rusiya “köhnə dostların” ölkəni tərk etməsini çətinləşdirən prosedurlar tətbiq etməkdədir. Belə ki, banklar və enerji şirkətləri kimi strateji şirkətlər artıq Rusiya Maliyyə Nazirliyinin xarici investisiya komissiyasından ölkədəki aktivlərini satmaq üçün icazə almalıdırlar. “Novaya Gazeta” xəbər verir ki, ayda 10-dan çox icazə vermilmir və artıq növbədə 700 müraciət var. Bu ilin mart ayında Rusiya, xarici şirkətlərin bazardan çıxması halında satdıqları aktivlərin həcminə 10 faiz vergi tətbiq ediləcəyini bəyan etməklə işləri daha da çətinləşdirdi.

“Biz elə mühit yaradırq ki, … xarici şirkətlər üçün bazardan çıxmaq sərfəli olmasın”, Rusiya maliyyə naziri Anton Siluanov “Russia 24″ kanalına deyib.

Buna rəğmən, gələcəkdə tətbiq olunacaq qanunlar şirkətlər üçün Rusiya bazarında qalmağı maddi və etik baxımdan daha da təhlükəli edə bilər.

Bu zamana qədər Avropa şirkətləri, ikiqat vergitutma müqavilələri sayəsində, Rusiyadakı qazanclarından demək olar ki, vergi ödəməyiblər. Lakin mart ayında ABŞ və Avropa İttifaqı ölkələri kimi Rusiyaya qarşı sanksiya tətbiq edən 40-a yaxın dövlətin Rusiya ilə bu razılaşmaların dondurulması təklif edilib.

Qeyd edək ki, Rusiya hələlik xarici şirkətlərini aktivlərini satması halında ümumi dəyərin 10 faizinə vergi tətbiq etmək təkliflərini rəsmiləşdirməyib. Amma bu prezident fərmanı ilə hər an qüvvəyə minə bilər. Avropa İttifaqı hesab edir ki, Putin bu tələni bir-neçə həftə ərzində qüvvəyə minəcək 11-ci sanksiyalar paketinə cavab kimi masanın üstündə saxlayıb.

Rusiya prezidenti 2 mayda mayın 20-sinə kimi hökumətin müvafiq qurumlarına, “dost olmayan” ölkələrin hissədarlarına dividend ödənişlərinin tənzimlənməsini “yenidən nəzərdən keçirilməsi” təlimatını vermişdir.

Vəziyyətin həssaslığından dolayı adının açıqlanmağını istəməyən bir rus mənbəsinə görə, yeni qaydaların tətbiqi Armani, Clarins, Raiffeisen və digər Rusiyada qalan şirkətlər üçün, Rusiyada əldə etdikləri qazanca 25 faizə qədər vergi tətbiq edilməsi ilə nəticələnə bilər.

“Rus tələsi” Siluanovun nəzərdə tutduğu 10 faizlik ölkədən çıxış haqqı “gələcək dividend vergisindən xəbərsiz Qərb şirkətlərini Rusiya bazarında müəyyən bir müddətdə qalmaq üçün şirnikləndirilə bilər. Ancaq ikiqat vergitutma razılaşmalarına xitam verildiyi halda Moskva Rusiyada hələ də mövcud olan Qərb şirkətlərinə yeni vergi tətbiq edəcək – onlar hətta 25 faizə qədər dividend vergisi ödəməli olacaqlar”, – mənbə əlavə edib.

Onlar EUobserver-ə bildiriblər ki, “bu, əslində həmin şirkətləri Rusiyanın apardığı müharibənin sponsorlarına çevirəcək”.

Aİ-nin xarici xidməti hələ ki, yeni sanksiyalar paketində Avropa şirkətlərinin Rusiyadan çıxmasını asanlaşdırma motivlərinin təfərrüatlarını açıqlamır. Amma Avropa İttifaqında hesab edirlər ki, Ukraynaya qarşı aparılan işğalçı müharibə səbəbindən Rusiyada və ya Rusiya ilə iş görmək zamanı deyil.

Və bu, Putinin maddi yöndən zərbə vurmağa hazırlaşdığı Aİ investorları üçün çalınan həyəcan təbillərindən yalnız biridir.

Təxminən 15 il əvvəl Kreml tərəfindən ələ keçirilən Yukos neft şirkətinin mühacirətdə olan sahibi Mixail Xodorkovski mayın 2-də Putinin “göstərişli şəkildə legitim olmayan qanunsuz dövlət qurduğu” xəbərdarlığını etmişdi:

“Aktivlərin çıxarılması çox uzun müddət əvvəl, hətta müharibədən əvvəl başlamalı idi. Və 24 fevral 2022-ci ildə qərar mütləq verilməli idi”.

Bənzər yazılar

Back to top button