Siyasət

Xocavənddə Ermənistana məxsus “Mİ-8” qalıqları aşkarlandı – MN

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqları aşkar edilib.

AzToday.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopteridir.

Bənzər yazılar

Back to top button