İdman

“Barselona” bu gün çörək alır, sabah ac qalacaq”

“Bayer”in (Leverkuzen) baş direktoru Fernando Karro “Barselona”nın transfer siyasətini tənqid edib.

Qol.az AS-a istinadən xəbər verir ki, o, Kataloniya klubu haqqında bu sözləri deyib:

“Almaniyada heç kim çılğın şeylər etmir. Heç kim “Barselona”dan çox xərcləmir. “Barselona” bu gün çörəyini alır, amma sabah ac qalacaq. Bu, riskli yoldur. Onlar hər şeylərini ortaya qoymağa qərar verdilər. Almaniyada bunu heç kim başa düşmür. Onlar çoxdan cəsarətli olduqlarına inanırlar”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, “Barselona” yay transfer pəncərəsində 5 futbolçunun keçidini reallaşdırıb. Onlar Andreas Kristensen, Frank Kessye, Robert Levandovski, Jül Kunde və Rafinyadır. Lakin İspaniya La Liqasının klublara tətbiq etdiyi maliyyə qaydalarına görə “Barselona” hələ ki, bütün yeni oyunçularını qeydiyyatdan keçirə bilməyib.

Bənzər yazılar

Back to top button