İqtisadiyyat

“Payızda ərzaq qiymətlər daha da bahalaşacaq” – Qubad İbadoğlu

Dünya bazarında qida məhsullarının qiymət ucuzlaşır, Azərbaycanda isə bahalaşır….

İqtisadçı-alim: “Təəssüf ki, Azərbaycan ərzaq məhsullarının istehsalı, satışı həm pərakəndə, həm də topdansatış səviyyədə tam monopoliyaya götürülüb və müəyyən şirkətlər arasında bölüşdürülüb. Yəni bu bazar monopol olmasa da, oliqapol bazardır”.

“Çox böyük ehtimalla, yaxın zamanlarda da qiymət artımı davam edəcək”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu Azərbaycanda qida məhsullarının qiymət artımını pia.az-a şərh edərkən qeyd edib.

Bəzilərinin iddialarının əksinə olaraq artıq 4 aydır dünya ərzaq bazarında qiymətlər ucuzlaşır. Arxada qoyduğumuz iyul ayında dünyada ərzaq bazarında 2008-ci ildən bəri ən kəskin ucuzlaşma qeydə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən iyulda qlobal ərzaq qiymətləri iyunla müqayisədə 8,6 faiz azalmaqla 140,9 bəndə düşüb. Azərbaycanda qida məhsullarının qiymət artımı dünya bazarında yaranmış vəziyyətlə əlaqələndirilsə də, indi dünya bazarında əks proses getməsinə baxmayaraq, bizdə bu müşahidə olunmur. Daha doğrusu Azərbaycanda ancaq bahalaşma müşahidə olunur.

Bu bahalaşma tempini nəylə izah etmək olar və ölkədəki qiymət artımının hansı obyektiv və subyektiv səbəbləri var?

Ölkədəki qiymət artımını pia.az-ın əməkdaşı iqtisadçı-alim Qubad İbadoğlu ilə müzakirə edib.

Qubad İbadoğlu: “İmkan vermirlər ki, ölkədə qiymətlər aşağı düşsün. Çünki qiymətlər yuxarı olması daha çox qazanmaq imkanları yaradır”.

Kəndlərdə artıq pendir və digər heyvandarlıq məhsullarını almağın mümkün olmadığını bildirən ekspert açıqlamasında qeyd edib ki, əhali əldə olunan təsərrüfatın böyük bir hissəsini satdı. Xüsusilə də bu son iki ildə davam edib:

“Təəssüf ki, Azərbaycan ərzaq məhsullarının istehsalı, satışı həm pərakəndə, həm də topdansatış səviyyədə tam monopoliyaya götürülüb və müəyyən şirkətlər arasında bölüşdürülüb. Yəni bu bazar monopol olmasa da, oliqapol bazardır. Bu bazara giriş və çıxış baryerləri var və bazarda qiymətlər sövdələşmə əsasında təyin olunur.

Təəsüflər olsun ki, kənd təsərrüfatı səviyyəsində yeni yaradılan aqroparklar son nəticədə ailə və kəndli, torpaq və heyvandarlıq təsərrüfatlarını camaatın əllərindən alınmasına, onların satılmasına məcbur etdi. Kəndlərdə artıq pendir və digər heyvandarlıq məhsullarını almaq mümkün deyil. Çünki əhali əlində olunan təsərrüfatın böyük bir hissəsini satıb. Xüsusilə də bu son iki ildə davam edib.

Qubad İbadoğlu: “Topdansatış sektoru əsasən “Azərsun” və “Veysəloğlu” tərəfindən nəzarətdə saxlanılır. Qida sektorunda pərakəndə satışı həyata keçirmək də daha çox “Bravo”nun nəzarətindədir”.

Azərbaycanda istehsal olunan heyvandarlıq məhsulları, süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən də kənd təsərrüfatında meyvəçilik və tərəvəzçilik aqroparkların nəzarətindədir. Bu baxımdan da Azərbaycanda qiymətləri monopol şirkətlər diqtə edir, oliqapol şirkətlər də sövdələşmə əsasında müəyyənləşdirir. Onlar da Azərbaycan bazarında qiymətlərin aşağı düşməsinə imkan vermirlər.

Çox böyük ehtimalla, yaxın zamanlarda da qiymət artımı belə davam edəcək. Payızda ərzaq qiymətlər daha da bahalaşacaq. Topdansatış sektoru da əsasən “Azərsun” və “Veysəloğlu” tərəfindən nəzarətdə saxlanılır. Qida sektorunda pərakəndə satışı həyata keçirmək də daha çox “Bravo”nun nəzarətindədir. Yəni yalnız kənd təsərrüfatı sahəsində demirəm, hətta ondan yuxarıya çıxanda, ərzaq məhsullarının təchizatı, qida sektoru, onun topdansatış və pərakəndə satışı, yəni bütün bu zəncirlər üzərində də bir nəzarət var. Buna görə də imkan vermirlər ki, qiymətlər aşağı düşsün. Çünki qiymətlər yuxarı olması daha çox qazanmaq imkanları yaradır. Azərbaycan bazarında bunu reallaşdıra bilməyənlər də, əsasən Rusiyaya ixrac edirlər”.

Bənzər yazılar

Back to top button