Hadisə

Vətən müharibəsinin itkinləri axtarılır: 4 əsgər, 1 MAXE, 1 zabit – FOTO

Rəsmi məlumata görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində davam etmiş Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu itkin düşmüş hesab olunur.

Modern.az xəbər verir ki, Əsir və itkin düşmüş, gorov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, itkin düşən 6 hərbçidən 4-ü əsgər, 1-i MAXE, 1-i zabitdir.

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, – deyə Dövlət Komissiyasının məlumatında deyilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

İtkin hesab olunan hərbi qulluqçular 2001-ci il təvəllüdlü MAXE Mehdiyev Asim Yaqub oğlu, 1998-ci il təvəllüdlü leytenant Vəlizadə İbrahim Səməd oğlu, 1997-ci il təvəllüdlü əsgər Qədirli Elnur Rəcəb oğlu, 1996-cı il təvəllüdlü əsgər Salamov Qorxmaz Bayram oğlu, 1995-ci il təvəllüdlü əsgər Feyzullayev Aydın Zakir oğlu, 1991-ci il təvəllüdlü əsgər Səfərli Xəqani İlqar oğludur.

2020-ci ilin Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub.

Bənzər yazılar

Back to top button