Hadisə

Qaçaqmalçılar sərhədçilərimizə atəş açdı – FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin D(SX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından (İİR) Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə AzToday.az-a DSX Mətbuat Mərkəzindən məlumat verilib.

Bildiirlib ki, avqustun 12-i saat 01:55-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İİR-dan Azərbaycan istiqamətində hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Sərhəd pozucularına sərhəd naryadı tərəfindən “Dayan” komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər.

“Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub. Nəticədə 1 nəfər sərhəd pozucusu yaralanaraq saxlanılıb, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olub. Yaralanan sərhəd pozucusuna dərhal tibbi yardım göstərilmiş və xəstəxanaya təxliyə edilib. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən olunub.

Ərazidə aparılan axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

Fakt üzrə Azərbaycan Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button