Hadisə

Ölkədən qaçdığı deyilən gömrük polkovniki işdən çıxdı

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən ayrılıb.

Həmin şəxs həbs edilən idarə rəisi Məsum Rəsulovun müavini polkovnik Fikrət Ələsgərlidir.

O da DGK-nın sabiq sədri Səfər Mehdiyevin kadrlarından hesab olunur.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Fikrət Ələsgərli bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən gedib:

“23 illik bir həyat yolu artıq geridə qaldı. Gömrükçü olaraq böyük bir yol qət etdim. Həyat və peşə təcrübəsi aldım. Dünən peşə fəaliyyətimə son verdim, bu gün isə əmrim çıxdı. Artıq təqaüdçüyəm”.

Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək:

“İrəli baxaraq, təcrübəmi biznes həyatında davam etdirmək qərarına gəldim. İnşallah, bu yolda da alnıaçıq fəaliyyət göstərərək gömrüklə əlaqəli olan biznes subyektlərinə xeyrim dəyər”.

Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib.

Həmin əməliyyatdan sonra M. Rəsulovun müavini Fikrət Ələsgərli ölkəni tərk etmişdi. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirmişdi.

Lakin F.Ələsgərli Bakupost.az -la əlaqə saxlayaraq iddiaları təkzib etmişdi. O, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirmişdi:

“Ölkədən qaçmaqdan söhbət gedə bilməz. Bu ayın 15-i ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, 25-i isə ölkəyə geri qayıdacağam”.

Bənzər yazılar

Back to top button