İdman

MY Ronaldunu İtaliya nəhənginə təklif etdi

Kriştianu Ronaldu karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Fanat.az xəbər verir ki, “Mançester Yunayted”in nümayəndələri ulduz futbolçunu “Yuventus”a təklif ediblər.

Bu barədə italiyalı idman jurnalisti Paolo Paqanini “Twitter” hesabında paylaşım edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Mənbənin məlumatına görə, “Mançester Yunayted” təmsilçiləri “Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyonun transferi üçün Ronaldunu sövdələşməyə daxil etmək istəyirlər.

“Yuventus” bu təklifi rədd edib, lakin futbolçunun agenti Jorje Mendeş hələ də Turin klubu ilə təmasdadır.

Xatırladaq ki, Ronaldu 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib. Portuqaliyalı hücumçu Turin klubunun heyətində 134 oyun keçirib, 101 qol vurub və 22 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button