Hadisə

Rusiya sülhməramlısı Xankəndi-Əsgəran yolunda qəza törətdi, 4 qadın öldü

Qarabağdakı Rusiya sülhməramlı hərbçisinin idarə etdiyi avtomobillə VAZ-2107 toqquşub.

Hit.az “Sputnik Armenia”ya istionadən xəbər verir ki, qəza bu gün səhər Xankəndi-Əsgəran yolunda baş verib.

Rusiyalı hərbçi, 1992-ci il təvəllüdlü İ. Y.-nın idarə etdiyi “HAVAL” markalı avtomobillə 1996-cı il təvəllüdlü yerli sakin Saruşen E.-nin idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü ağır xəsarət alıb. Maşında olan 1966, 1970, 1971 və 1972-ci ilə təvəllüdlü dörd qadın isə yerindəcə ölüb.

Bənzər yazılar

Back to top button