Hadisə

Əfqan Muxtarlının həbsxanada vəziyyəti ağırlaşıb – Vəkili danışdı

Nemət Kərimli: “18 oktyabr münasibətilə Əfqan Muxtarlının azad edilməsi onun ailəsinə, uşaqlarına bayram töhfəsi olardı”

Həbsxanada olan jurnalist Əfqan Muxtarlının vəkiliNemət Kərimli xüsusi statusla çıxış edib. Musavat.com xəbər verir ki, vəkil hakimiyyətə çağırış edib ki, jurnalisti azad etsin. Vəkilin açıqlamasını təqdim edirik: “Hüquqlarını müdafiə etdiyim siyasi məhbus Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir. Sentyabr ayının əvvəllərində penitensiar xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, çox ciddidir.

Nemət Kərimli:

Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv fərmanının olacağı barədə qeyri hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələrin bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar da dəbdən düşüb.
Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyin bərpası günü qeyd olunacaq.

Bu bayram münasibətilə Ə. Muxtarlının və digər siyasi məhbusların azad edilməsi onların ailəsinə, uşaqlarına bayram töhfəsi olardı.

Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı”.

Bənzər yazılar

Back to top button