Dünya

Xocalı qatili general öldü

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qeyd edilib ki, onun ayaq damarlarında problemlər yarandığına görə Belarusa aparılmışdı. 54 yaşlı keçmiş hərbçi İrəvanda ölüb.

Məlumat üçün bildirək ki, Xocalı qatili kimi tanınan Seyran Saroyan 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub.

1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrində alay, briqada, 2-ci və 4-cü ordu korpusunun komandiri olub.

2000-ci ildə Saroyana general-mayor rütbəsi verilib.

2007-ci il mayın 12-də Milli Məclisə deputat seçilib.

2018-ci ildə Respublikaçılar Partiyasından ayrılaraq siyasətdən gedib.

Bənzər yazılar

Back to top button