Dünya

Ölənlərin sayı artdı, Paşinyan hadisə yerinə getdi – VİDEO

Dünən – avqustun 14-də Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” Ticarət Mərkəzində güclü partlayış nəticəsində baş verən yanğın hələ də söndürülməyib.

Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu gün səhər saatlarında Baş nazir Nikol Paşinyan da hadisə yerinə gəlib.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfərin öldüyünü açıqlayıb. Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub.

Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd olunub ki, axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, dünən İrəvanda ticarət mərkəzində partlayış baş verib. İlkin məlumata görə, partlayış və yanğın nəticəsində 60-dan çox yaralı var.

Bənzər yazılar

Back to top button