Cəmiyyət

Azərbaycan koronavirusa qarşı görülən tədbirlər: virusdan qorunmağın yolları…

Bu gün 121 ölkədə yayılan, 126572 insanın yoluxduğu, 4621 şəxsin öldüyü, 68216 nəfərin sağaldığı koronavirus təhlükəsindən qorunmaq üçün insanlar müxtəlif yollar axtarır.

İnsanlar tibbi maskalardan, spirtdən, təbii vasitə olan sarımsaqdan istifadə etmək, əllərini yumaqla bu virusa yoluxa bilmə ehtimalını azaltmağa çalışırlar.

Bəs əslində bu gigiyenik qaydalardan hansına əməl etməklə virusdan qorunmaq olar?

Qaynarinfo xəbər verir ki, həkim və mütəxəssislər virusun əsasən yaşlı insanlarda müşahidə olunduğunu və daha çox şəkər, təzyiq, ürək və digər xəstəliklərdən əziyyət çəkən adamlara yoluxduğunu bildirir.

Bu viruslardan qorunmağın ilk yolu kimi insanlarla təması müvəqqəti məhdudlaşdırmaq hesab edilir. Yəni xəstə insanlarla təmasda olmamaq lazımdır. Bundan əlavə, həkimlər bu günlərdə insanların toplaşdığı yerlərdə az-az, lazım olmadıqca iştirak etməməyi, xüsusilə uşaqları belə yerlərdən uzaq tutmaq tövsiyyə edir.

Virus ağız, burun və göz vasitəsilə yoluxduğundan, əllərin təmizliyinə diqqət edilməlidir. Hər hansı səthə toxunan əlimizi həmin bədən üzvlərinə toxundurmaqla virusa asanlıqla yoluxmaq olar. Buna görə də viruslardan qorunmada digər yol əlləri mütəmadi olaraq yaxşıca sabunlayıb yumaqdır.

Odur ki, asqırma və öskürmə zamanı ağızı, burunu dəsmalla tutmaq, əlləri yumadan üzə-gözə vurmamaq və xəstə insanlarla yaxın əlaqədə olmamaq önəmlidir.

Valideynlər profilaktik tədbirlərə əməl etməli, uşaqlarla birlikdə insanların çox olduğu yerlərə, kütləvi tədbirlərə getməməlidirlər. Özləri əl və üzü, ağız və burunu yumadan uşaqlara toxunmamalıdırlar.

Bu gün Azərbaycanla qonşu dövlətlərdə bu virusa yoluxma hallarının qeyd edildiyi, xüsusilə İranın yoluxma və xəstəliklərdən ölənlərin sayı ilə Çindən sonra dünya üzrə üçüncü olduğunu nəzərə alan Azərbaycan höküməti vəziyyətə tam nəzarət edir, sərhəd-keçid məntəqələrində sanitar kordon gücləndirilmiş iş rejimində qorunur.

Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılıb, eyni zamanda, əlavə 10 milyon manat vəsait ayrılıb ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın.

Azərbaycanda bu xəstəliyin yayılması ehtimalı o qədər də yüksək deyil.

Çünki gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Xüsusilə, təhlükənin gələ biləcəyi İranla sərhəddə vəziyyətə ciddi nəzarət edilir. Yoluxmanın qarşısını əngəlləmək, xalqı bu təhlükədən qorumaq üçün bütün vasitələrdən ciddi şəkildə istifadə edilir. Hökumətin gördüyü tədbirlərdən başqa, belə yoluxucu xəstəliklərin epidemiya şəklində yayıldığı vaxtlarda hər kəs özünü və yaxın ətrafını qorumalıdır.

Ölkə xaricində olan vətəndaşlarımızın qayıtmaları üçün də hökumət ciddi işlər görür.

Qurumlar tərəfindən ictimai nəqliyyat hər gün dezenfeksiya edilir, insanların çox olduğu yerlədə müəyyən praflaktik tədbirlər görülür.

Ölkədə orta və ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması və bu müddətin uzadılmasının məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaqdır.

Həmin yerlərdə indi gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri aparılır, yəni bütün lazımi tədbirlər görülür.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq 15 nəfərin yoluxduğu virusdan artıq 3 nəfər sağalaraq evə buraxılıb. Bu da bütün dünya üzrə çox aşağı göstərici hesab edilir.

Bənzər yazılar

Back to top button